Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqlarından bugünədək 42 milyon ton kondensat və 399 milyard kubmetr təbii qaz hasil olunub.
BUTA.TV xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda çıxış edərək deyib. O bildirib ki, ümumi dəyəri 176 milyard dollar olan 600 milyon tondan çox neft və 135 milyard kubmetr qaz ixracın payına düşüb. “Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının istismara verilməsi gözlənilir. Bu platformadan neft məhsullarının hasilatı gələn ilin əvvəlinə planlaşdırılıb. Enerji layihələrinin inkişafı üzrə işlər davam etdirilir.
Nazir nəzərə çatdırıb ki, neft sektoru ölkəmizin strateji əhəmiyyət kəsb edən sahəsidir. Neftimizi dünyanın onlarla ölkəsinə ixrac edirik, Azərbaycan nefti öz unikallığı ilə seçilir. Azərbaycanın iştirakçısı olduğu enerji marşrutlarının genişləndirilməsi üzrə tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın qaz kəmərləri Avropa ölkələri və Türkiyənin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar