Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçiriləcək.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, final mərhələsi 7 may saat 17:00-da Bakı Tennis Akademiyasının minifutbol meydançasında Fövqəladə Hallar Nazirliyinin komandası ilə Dövlət Təhlükəsizliyi Xidmətinin komandası arasında baş tutacaq.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin komandası ümumilikdə 18 oyun keçirib. Komanda 17 oyunu qələbə, bir oyunu bərabərliklə bitirməklə finala məğlub olmadan ən çox qələbə qazanaraq irəliləyən yeganə komandadır.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar