İranda internetdə ateizmin təbliği, islam əleyhinə fikirlər və Quranı yandırmaqda ittiham olunan iki nəfər edam edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Hökmə əsasən, Sədrulla Fazeli Zare peyğəmbəri təhqir etmək, dindən çıxmaq, peyğəmbərin anasına qarşı küfr etmək, Quranı yandırmaq, müqəddəs məfhumları təhqir etmək və başqa şəxslərin şəxsi fotolarını dərc etməkdə, Yusif Mehrdad isə peyğəmbəri, eləcə də dini və islami anlayışları təhqir etməkdə ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Hökm bu gtün səhər icra olunub”, - məlumatda qeyd olunub.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar