Szinpin bu il də Putini təbrik etmədi

10:00 - 10 May 2023 - GÜNDƏM

 Szinpin bu il də Putini təbrik etmədi

Çin lideri Si Szinpin mayın 9-da Rusiya Prezidenti Vladimir Putini yenə təbrik etməyib.

BUTA.TV xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumata görə, Çin Qələbə Günü ilə əlaqədar Rusiyadan rəsmi təbriklər barədə məlumat verməyib:

“Çin Xarici İşlər Nazirliyinin saytında Szinpinin mayın 9-da Putinə təbrik mesajı göndərdiyini göstərən heç bir məlumat yoxdur. Çin mediası isə bu barədə susur”.

Bu xəbər hal-hazırda çox oxunur
Xamenei belə öldürülüb - Detallar

Maraqlıdır ki, ötən il də Çin Rusiyanı sözügedən Qələbə münasibətilə təbrik etməyib, lakin Pekin əvvəlki illərdə - Ukraynada müharibə başlamazdan əvvəl Moskvanı dəfələrlə təbrik edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol