Azərbaycan para-üzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.
Milli Paralimpiya Komitəsindən BUTA.TV-a verilən məlumata görə, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib.
Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.
Bundan başqa, Saley 100 metr məsafəyə "butterfly" üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala yüksəliblər.
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır