Pekin Brüsselin mühüm tərəfdaşı olaraq qalır, Ukrayna müharibəsində isə vasitəçi olmaq imkanını itirdi.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
O bildirib ki, Çin AB-nin vacib ticari tərəfdaşı olmaqla yanaşı, həm də iqtisadiyyatda və dəyərlərdə rəqibdir:
“Məsələ Çini bu konstruksiyada dayandırmaqda deyil, Çini beynəlxalq hüquqa uyğun olaraq öz gücündən konstruktiv istifadə etməyə necə inandırmaqdır.
Pekinin Moskvaya böyük təsiri olsa və təcavüzün dayandırılmasına kömək edə bilsə də, o, artıq vasitəçi rolunu oynamaq imkanını itirib, çünki onun “bitərəfliyi” daha çox rusiyayönlü idi”, - Borrell bildirib.
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır