Britaniyada İrana qarşı etiraz aksiyası keçirildi

14:04 - 12 May 2023 - GÜNDƏM

 Britaniyada İrana qarşı etiraz aksiyası keçirildi

Britaniyada yaşayan mühacir iranlılar Londonda İran hökumətinə qarşı etiraz aksiyası keçiriblər.

BUTA.TV xəbər verir ki, aksiya mayın 11-də Britaniya Xarici İşlər Nazirliyinin binası qarşısında baş tutub.

XİN qarşısına toplaşan iranlılar Tehran rejiminin narazı vətəndaşlara qarşı repressiyalarını pisləyib, artan edam saylarına görə etirazlarını bildiriblər.

Həmçinin, onlar rəsmi Londondan SEPAH-ın terrorçu qruplaşmalar siyahısına salınması ilə bağlı tutarlı addımlar atmasını tələb ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Xamenei belə öldürülüb - Detallar

Londondakı aksiya ilə eyni vaxtda Avstraliyada yaşayan mühacir iranlılar da Tehran hökumətinin səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaçılar Avstraliya parlamenti qarşısına toplaşaraq, İran hökuməti və SEPAH-a qarşı daha ciddi addımların atılmasını istəyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol