Çox dəqiq söyləyirəm, İYİ Partiyası iqtidarında Türk Dünyası Nazirliyi qurulacaq.
BUTA.TV xəbər verir ki, bunu mayın 14-də keçiriləcək seçkilərdə Millət İttifaqını təmsil edən İYİ Partiyasının mətbuat xidmətinin rəhbəri Kürşad Zorlu deyib.
“Bundan başqa, Qarabağ problemi ilə bağlı bu günə qədər atılmış heç bir addım, qazanılmış haqq nəinki geri çəkiləcək, əksinə, hazırda davam edən qeyri-müəyyənliklərin hamısı həll ediləcək. Zəngəzur dəhlizinin açılması üçün İYİ Partiyası olaraq həm TBMM-də, həm də hökumətdə bütün addımları atacağımıza söz veririk”, - Zorlu bildirib.
Partiya rəsmisi Türkiyə milli müdafiə sənayesinin Azərbaycanla bağlı bütün layihələrinin də davam edəcəyini bildirib.
Qeyd edək ki, “Altılı masa”nın prezidentliyə namizədi kamal Kılıçdaroğlu 9 mayda xalqa müraciətində dəstəklədiyi İpək Yolu layihəsini elan etmişdi. Həmin xəritədə İpək Yolunun Azərbaycandan və Zəngəzur dəhlizindən deyil, İrandan keçməsi və bunu Kılıçdaroğlunun bəyan etməsi ciddi narazılığa səbəb olub. Kılıçdaroğlunu dəstəkləyənlər belə Azərbaycandan yan keçilməsini nəzərdə tutan bu layihəni rədd etdiklərini bildiriblər.
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı