Konyada hərbi təlim başa çatdı

20:08 - 12 May 2023 - GÜNDƏM

 Konyada hərbi təlim başa çatdı

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

BUTA.TV xəbər verir ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib.

Qeyd olunub ki, təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Sabahın hava proqnozu açıqlandı

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və Su-25 hücum təyyarələri ilə təmsil olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol