Ermənistan siyalı qüvvələrinin bölmələrinin 3 gündür təxribatlar həyata keçirdiyi Kəlbəcər sərhədində, Zod mədəni yaxınlığındakı ərazilərin xəritəsi və mövqelərin təsviri təqdim edilib.
BUTA.TV xəbər verir ki, “Caucasian Live” səhifəsi Ermənistan bölmələrinin 2020-ci il Qarabağ müharibəsindən sonra Kəlbəcər rayonunda şərti sərhəd xətti üzərində yerləşən Hinal dağı (3246,4 m.) və 3316,0 m. yüksəkliyini tərk etməyərək, Azərbaycanın suveren ərazilərini nəzarətdə saxlamağa davam etdiyini bildirib.
Bundan əlavə, Kəlbəcər rayonunun Azərbaycana geri qaytarılmasından sonra Ermənistan Söyüdlü-Zod qızıl yatağını cinahlardan da nəzarətdə saxlamaq və Azərbaycan Ordusunu daha əlverişsiz yerdə mövqelənməyə məcbur etmək məqsədilə 2758,5 yüksəkliyində mövqe qurub.
Xəritədən də aydın olur ki, 2758,5 metr yüksəkliyinə təminat yolu Azərbaycanın suveren ərazisindən keçir. Bununla da Ermənistan tərəfi de-fakto fiziki şəkildə Kəlbəcər rayonuna aid torpaqları işğal altında saxlayır.
Ərazinin həm strateji əhəmiyyətini, həm də qarşı tərəfin bitməyən təxribat cəhdlərini də nəzərə alaraq bu ərazinin təmizlənərək fiziki nəzarətə götürülməsi vacibliyi ortaya çıxır.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi