Beynəlxalq Əfv Təşkilatı İran hökumətinə müraciət edərək 6 ərəb fəalı barədə çıxarılan edam hökmünün ləğv edilməsini tələb edib.
BUTA.TV xəbər verir ki, müraciət İranın dini lideri Əli Xamenei, İran Məhkəmə Sistemi və İranın Avropa Birliyindəki səfirliyinə ünvanlanıb.
Ərəb fəalların hər an edam edilə biləcəkləri təhlükəsi barədə xəbərdarlıq edən beynəlxalq təşkilat onların mühakimələrinin ədalətsiz olduğunu və məhkəmədə vəkillə təmin edilmədiklərini vurğulayıb.
Xatırladaq ki, edam cəzasına məhkum edilən fəallar ötən ilin fevral ayında "Silahlı əməliyyatlar həyata keçirmək", "Separatçı Əl-Nizal təşkilatı ilə əməkdaşlıq" və "Xarici ölkənin bankı vasitəsi ilə valyuta mübadiləsi" ittihamları ilə ölüm cəzasına məhkum ediliblər.
- “Тrendyol”da Novruz endirimləri başlayır
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...