Türkiyə polisi daha iki "qanuni oğru"nu saxlayıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Georgi Manukyan (Jhora Tbilissky) Antalyada, Temuri Nemitsveridze (Tsrypa) isə İstanbulda həbs edilib.
Qısa müddət ərzində yerli hakimiyyət "qanuni oğru"ları həbsxanaya göndərib.
Qeyd edək ki, son aylarda Türkiyədə ardıcıl olaraq beş qanuni oğru saxlanılıb. Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) adlı "qanuni oğrular" barəsində cinayət işi açılıb.
Onların saxlanılmasına səbəb Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan "qanuni oğru"lar deportasiya həbsxanasına göndərilib.
Qeyd edək ki, saxlanılan şəxslərin mərhum qanuni oğru Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir.
- “Тrendyol”da Novruz endirimləri başlayır
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...