“Caucasian Live” və “Çistka Prodoljayetsya” (Чистка Продолжается) Teleqram kanalları erməni komanda-qərargah məntəqəsi funksiyasını yerinə yetirən “qırmızı avtomobil”ə Ordumuzun endirdiyi zərbənin görüntülərini araşdırıb.
BUTA.TV xəbər verir ki, araşdırması nəticəsində kadrda olan PUA-nın Rusiya istehsalı Ul-350 olduğu üzə çıxıb.
Bildirilib ki, bəzi mənbələrə görə, Ermənistanda UL-350 PUA-sının istehsal xətti yaradılıb.
Bu PUA-nın xüsusiyyətləri:
- maksimum uçuş çəkisi - 15 kq;
- faydalı yük kütləsi - 2,5 kq;
- uçuş müddəti - 3,5 saat;
- maksimal uçuş hündürlüyü - 6500 metr;
- sürəti - 80 km/saat;
- telemetriya - 100 km.
Qeyd etmək lazımdır ki, bu model “Made in Armenia” adı altında istehsal olunsa da, bəzi xarici mənbələrə görə, bu, tərtibçisi və istehsalçısı Rusiya mərkəzli “Pilotsuz sistemlər” şirkətlər qrupu olan “Supercam S350”-nin eynisidir.
- “Тrendyol”da Novruz endirimləri başlayır
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...