Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, "Kamaz" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəm Ağacan oğlu Rüstəmovun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu