2022-ci ilin iyulunda İstanbulda imzalanmış taxıl sazişi Rusiyanın iştirakı ilə yenidən uzadılıb.
BUTA.TV xəbər verir ki, "Blumberq" agentliyi bu barədə Ankaradakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sazişin uzadılması günün sonuna qədər elan oluna bilər.
Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə taxıl sazişi adlandırılan iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri isə Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur. Sazişin müddəti sabah başa çatır.
Bir müddət öncə Türkiyə və Rusiya prezidentlərinin taxıl sazişi ilə bağlı telefon danışığı aparacağı və sazişin uzadılmasının bundan asılı olduğu bildirilmişdi.
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu