Bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5 %-lik artımdan gedir... Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, - A.Overçuk bildirib.
2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 %-ni təşkil edib.
2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 % artaraq 2,99 milyard ABŞ dollarına çatıb.
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - Video
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto