Gürcüstanla Rusiya arasında uçuşların bərpasına qarşı çıxan müxalifətçilər ikiüzlüdürlər.
BUTA.TV xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.
“Onlar adi ikiüzlülərdir. Turistlərin gəlişi ilə bağlı dediklərini də xatırlayırıq. Birbaşa reyslərin olmasının nəyi pisdir ki? İnsanlar İrəvan və ya başqa ölkələrdən uçmaq əvəzinə, birbaşa reyslər sayəsində bizə müraciət edirlər. Rusiyada çoxlu gürcü yaşayır, onların vətənə birbaşa gəlmək imkanları olmalıdır”, - Kaladze bildirib.
Qeyd edək ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunması ilə bağlı fərman imzalamışdı.
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - Video
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto