Gecə saatlarında Belqorodda PUA-dan yolun hərəkət hissəsinə partlayıcı atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Qladkov məlumat yayıb.
O bildirib ki, ilkin məlumata görə, tələfat yoxdur, amma avtomobilə ziyan dəyib.
Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər.
Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb.
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto