Keçmiş HDP, indiki Yaşıl Sol Partiyanın İstanbuldan olan millət vəkili Sırrı Sürəyya Öndər Kamal Kılıçdaroğlu ilə bağlı önəmli açıqlamalar verib.
BUTA.TV xəbər verir ki, o, T24 telekanalında çıxışı zamanı Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun verilən dəstək qarşılığında YSP qarşısında önəmli öhdəliklər götürdüyünü vurğulayıb.
“Özünün (Kılıçdaroğlu – red.) üzərinə götürdüyü bir sıra məsələlər var. Yəni, məsələn, bizim dostlarımızın həbsxanalarda boş yerə, ya da siyasi bir intiqam duyğusu ilə yatmasını özü də dəfələrlə vurğulayıb. Dolayısı ilə üzərinə ağır bir məsuliyyət götürdü. Bunları yerinə yetirməyə məcburdur”, - o bildirib.
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto