Macarıstanın daxili işlər naziri Şandor Pinter Vaşinqtonun Türkiyədə seçkiyə mümkün təsiri ilə əlaqədar Ankaraya diqqətli olmaq barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Macarıstanın Baş naziri Orban Soros və onun bütün adamlarını ölkəsindən qovdu. Orban da seçki kampaniyasını LGBT referendumuna çevirdi və 80 faizlik qələbə ilə bu kampaniyanı qazandı. Macarıstanın daxili işlər naziri Pinter Şandor mənim dostumdur. Daimi əlaqə saxlayırıq. O, bizə dedi ki, ABŞ Xəzinədarlığı seçkiyə təsir etmək üçün pul göndərib. Şandor bizə də diqqətli olmaq üçün xəbərdarlıq etdi”, - Soylu bildirib.
- Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar
- Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Musayevin bıçaqlanması: Federasiya rəsmiləri azadlığa çıxdı
- FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Tiktokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir