Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb.
FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
- Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar
- Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Musayevin bıçaqlanması: Federasiya rəsmiləri azadlığa çıxdı
- FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Tiktokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir