Ümumilikdə Ukraynaya qarşı təxminən 1160 "Şahid" PUA-sından istifadə edilib. Biz əksəriyyətini vururuq.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Zelenski birbaşa İran xalqına: cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib:
"Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür və siz hamınız İranda görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil".
O qeyd edib ki, ukraynalılar bu ölkənin Rusiyaya ötürdüyü İran kamikadze pilotsuz təyyarələrinin əksəriyyətini vurmağı öyrənsələr də, hələ də zərbələr var.
- Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar
- Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Musayevin bıçaqlanması: Federasiya rəsmiləri azadlığa çıxdı
- FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Tiktokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir