İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri ilə PJAK terror təşkilatının rəhbərləri arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
"Təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, hətta SEPAH-ın yüksək rütbəli komandirləri müxaliflərlə müzakirələr aparırlar", - kürdcə alt yazılı videoda bildirilir.
Qeyd edək ki, PJAK kürd terror təşkilatıdır. Onun yaranmasında SEPAH-ın və İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əli olduğu bildirilir. Silahlı qruplaşma Güney Azərbaycan, Anadolu və hətta Naxçıvana torpaq iddiaları irəli sürür.
Adıçəkilən qruplaşma bu günə kimi Qərbi Azərbaycan əyaləti və Türkiyə ərazisində onlarla qanlı silahlı əməliyyat həyata keçirib.
Yayılan video SEPAH-ın kürd silahlı dəstələri, xüsusilə PJAK-la əlaqələrinə dayir iddialara növbəti sübut sayıla bilər.
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video