Ölkəmizin keçdiyi seçki prosesi saysız-hesabsız həqiqətlərin dərk edilməsində mühüm rol oynayıb. Biz mayın 14-də seçki qutusunda nəinki türk demokratiyasının gücünü gördük, həm də məqsədli şəkildə formalaşdırılan və şara bənzəyən yanlış fikirlərin sönməsinin şahidi olduq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunlar Türkiyəyə qarşı diktatura böhtanları, öz ölkəsində seçicilərin yarısını belə seçki məntəqələrinə gətirə bilməyənlərin apardığı qarayaxma kampaniyaları, müxalifətin açıq şəkildə təkrarladığı yalanlar və saxtakarlıqlar, CHP sədrinin körüklədiyi qorxu siyasəti idi. 14 may gecəsi seçki qutusunda təzahür edən iradə ilə bütün bunları boşa çıxartdıq. Biz göstərdik ki, diktatura iddiaları tamamilə cəfəngiyyatdır. Türk millətinin iradəsinin zəncirlə bağlana bilməyəcəyini göstərdik. Biz göstərdik ki, yalanla, böhtanla, qorxu siyasəti ilə seçkiləri udmaq olmaz. Siyasi qazanc naminə separatçılarla, FETÖ-çularla yeriməyin mümkün olmadığını göstərdik.
İnşallah, mayın 28-dən sonra biz ölkəmizin bütün bu uğurlarını birlikdə daha da irəli aparacağıq”, - Ərdoğan bildirib.
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video