Rusiyanın xarici işlər nazirinin müavini Qaluzin Türkiyənin Rusiyadakı səfiri Samsar ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cənubi Qafqazdakı vəziyyət, həmçinin Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsi müzakirə olunub. Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub. “3+3” platforması çərçivəsində Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb. Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı