Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.
BUTA.TV Report-a istinadən xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.
Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Vidadi Qasıməli oğlu İsmayılov əlindəki tüfənglə ehtiyatsız davranıb.
Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.
O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Fakt araşdırılır.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı