Ukraynalılar Allaha və Budanova güvənirlər

12:44 - 26 May 2023 - GÜNDƏM

 Ukraynalılar Allaha və Budanova güvənirlər

Ötən il müharibə başlayandan ukraynalıların Allaha olan inamı xeyli artıb.

BUTA.TV xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin aprel-may aylarında keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

Rəyi soruşulanların 65.1 faizi Allaha inamlarının dəyişmədiyini, 29.1 faizi isə artdığını deyiblər. Yalnız 7 faizi Allah inamlarının olmadığını bildirib.

Ukraynalıların 32.3 faizi “gələcəklə bağlı qeyri-müəyyənliklə mübarizə aparmağa nə kömək edir” sualına “Allah” cavabını verib. 24.6 faiz isə bildirib ki, bu məsələdə Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun proqnozlarına güvənirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda bu "Mall" bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol