Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib. Xanım prezident ölkəyə gələn rusiyalılara məhdudiyyətlər tətbiq etməyi təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Zurabişvili bildirib ki, ölkə rəsmilərinin Gürcüstanın uçuşlardan əldə edə biləcəyi ilkin gəliri hesablaması onun üçün təhqirdir:
“Bu gün “uçuş hədiyyəsi”nin bizə neçə milyon gətirəcəyini hesablamaq mənim üçün anlaşılmaz və təhqiredicidir. Bizim ləyaqətimiz 200, yoxsa 300 milyona satılır?”
O qeyd edib ki, hökumət beynəlxalq tərəfdaşlarla ağlabatan siyasətin işlənib hazırlanması üçün daha çox səy göstərməli və Gürcüstanın AB-yə daxil olması üçün tarixi məqamdan istifadə etməlidir.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı