Prezident İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının toplantısına qonaq qismində qatılması Azərbaycanın birliyə üzvlük məsələsiylə əlaqələndirilməməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısına Prezident İlham Əliyevin qonaq qismində qatılması barədə qeyd edib.
Politoloq bildirib ki, ilk növbədə Azərbaycanın birliyə üzv olan Ermənistanla iqtisadi əlaqələri yoxdur:
“Ermənistanla sülh sazişi imzalansa belə, iqtisadi əlaqələrin qurulması, qonşu dövlətlə azad ticarətin başlanması uzaq gələcəyin işidir. İkincisi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə əngəldir. Qərb ölkələrinin Rusiyanın bir çox şirkətinə qarşı sanksiya qərarları mövcuddur. Həmin şirkətlərlə əməkdaşlıq edənlərə qarşı da sanksiyalar tətbiq edilir. Fikrimcə, Azərbaycan üçün Aİİ-də müşahidəçi statusu kifayət edər. Azərbaycan birliyə üzv olub üzərinə öhdəliklər götürməkdənsə, birliyə üzv olmadan üzv ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək imkanına malikdir”.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı