Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər “Rosselxozbank”ın (“Rosselxozbank” 14 iyun 2022-ci ildə SVİFT sistemindən kənarlaşdırılıb – red.) SVİFT qlobal bank sisteminə qaytarılmasa, 17 iyul tarixində qüvvəsini itirən taxıl sazişini uzatmayacaq (17 may tarixində Rusiya Türkiyənin təklifi ilə taxıl sazişini 2 ay müddətinə artırıb – red.).
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
“Əgər “Rosselxozbank” SVİFT-ə qoşulmasa və kənd təsərrüfatı məhsullarının ixracına mane olan digər “sistemli” problemlərin həllində irəliləyiş olmasa, o zaman Qara Dəniz Təşəbbüsü də alternativlər axtarmalı olacaq”, - məlumatda qeyd edilib.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı