Amerikalı müğənni Selin Dion Avropada nəzərdə tutulan konsertlərini ləğv edib.
Kult.az xəbər verir ki, bu barədə "Franss İnfo" məlumat yayıb.
“Çıxış etmək üçün güc tapmağa çalışdım, lakin qastrol mənim üçün həddən artıq ağır ola bilər. Onları səhnəyə çıxa biləcəyim ana qədər təxirə salsaq, daha yaxşı olar", - Dion vurğulayıb.
Qeyd edək ki, Dion nadir rast gəlinən əzələ sərtliyi sindromundan əziyyət çəkir. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur. Xəstəlik inkişaf edərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı
- Bu məhkəmələrə hakimlər təyin edildi
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- İlin ilk Ay tutulması başladı