Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) nəzarəti həyata keçirən İdarə Heyətinin tərkibi genişləndirilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara dəyişikliklə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.
Nizamnamənin əvvəlki variantı isə belə olub: "İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir".
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?
- Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video
- Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- "Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü
- Qar yağacaq – Xəbərdarlıq
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı