Mayın 26-da terrora cəhd ittihamına görə Belçikada həbsdə olan İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşı Əsədullah Əsədinin İrana geri qaytarılması etirazlara səbəb olub.
BUTA.TV xəbər verir ki, dünyanın bir çox təşkilatları, o cümlədən Beynəlxalq Əfv Təşkilatı bununla bağlı bəyanat yayıb.
Beynəlxalq Əfv Təşkilatı İranda həbsdə olan belçikalı yardım işçisi Olivie Vandelastilin azadlığa buraxılmasını alqışlasa da, onun Əsədullah Əsədi ilə mübadiləsindən ciddi narahatlığını bildirib.
"Belçika bu hərəkəti ilə İran üçün cəzasızlıq mühitinin yaradılmasına kömək etdi, qurbanların ədalət mühakiməsi, təzminat və pozuntuların təkrarlanmaması təminatlarını pozdu. Bu cür məhbus mübadiləsi İran hakimiyyətini xarici vətəndaşları girov götürməyə və digər cinayətlərə davam etməyə təşviq edəcək", - bəyanatda qeyd edilib.
Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqində bomba qoymağa cəhddə ittiham olunub. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədullah Əsədini 20 il həbsə məhkum edib.
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?
- Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video
- Özünüməşğulluq: 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- "Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü
- Qar yağacaq – Xəbərdarlıq
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı