Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Yanğın hadisəsi “Sadovod” bazarının üç pavilyonunda qeydə alınıb. Yanğının 50 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.
Artıq alov söndürülüb. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı vurğulanıb.
Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı
- Bu məhkəmələrə hakimlər təyin edildi
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- İlin ilk Ay tutulması başladı