AFFA Region Liqasının final matçında VAR sistemi tətbiq olunacaq.
BUTA.TV "Offsideplus"a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda "Çinar Zəngilan" və "Qusar" komandaları arasında keçiriləcək həlledici qarşılaşmada bu texnologiyadan istifadə olunacaq.
Bu, sözügedən yarışda bir ilk olacaq.
Diqqətinizə çatdıraq ki, VAR sistemi Azərbaycan Premyer Liqasında bu mövsümdən etibarən tətbiq olunur. Müasir texnologiya artıq Birinci Divizionda da test edilib.
Xatırladaq ki, iyunun 4-də keçiriləcək "Çinar Zəngilan" - "Qusar" oyununun start fiti saat 16:00-da veriləcək.
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı
- Bu məhkəmələrə hakimlər təyin edildi
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- İlin ilk Ay tutulması başladı