Ukraynanın hazırlaşdığı əks-hücum 4 fazadan ibarətdir:
1. Bir neçə istiqamətdə əlverişli mövqelərin (təpələrin, taktiki hücum üçün vacib yaşayış məntəqələrinin və s) əldə olunması.
Tamamlanıb.
2. Ukrayna quru qoşunlarını təmas xəttində rusiyalıların aviasiyasından qorumaq üçün müasir HHM sistemlərinin cəbhəyə yaxın ərazilərdə yerləşdirilməsi.
Tamamlanıb. Biz bunu son günlər ərzində rusiyalıların vurulan qırıcı və helikopterlərindən görə bilərik.
3. Rusiyalıların logistika və strateji hərbi infrastrukturuna kütləvi zərbələr.
Proses gedir və son 48 saat ərzində fantastik miqyasda kütləvi zərbələr endirilir.
4. İldırımsürətli hücum - blitskriq.
Görsənən odur ki, yaxın günlərdə Ukrayna SQ blitskriqə start verəcək.
Son 48 saat ərzində bir çox obyektlər vuruldu. Vacibliyinə və zərbələrin gücünə görə bir neçəsini qeyd etmək lazımdır:
- Baxmut şəhərinin yaxınlığındakı İvanqrad yaşayış məntəqəsində yerləşən yeraltı silah anbarına zərbə endirilib, anbar məhv edilib.
Qeyd etnək lazımdır ki, Qərbin son hərbi yardım paketləri çərçivəsində verdiyi raketlər yeraltı obyektləri məhv etmək gücündədir;
- Donetsk şəhərində rusiyalıların hərbi bazasına ardarda 2 raket zərbəsi endirilib;
- Mariupolda “Azovstal” zavodu ərazisində rusiyalıların hərbi bazası raketlə vurulub;
- Berdyansk şəhərində rusiyalıların HHM sistemləri saxladığı bazaya bir çox raket zərbələri endirilib, çox sayda HHM sistem məhv edilib, o cümlədə S-300-lər.
Bunlar ən vacibləridir. Bu gün səhər saatlarından Berdyansk, Mariupol, Belqorod vilayətinə dayanmadan zərbələr endirilir.
Başqa sözlə, əks-hücumun 3-cü fazası yekunlaşdırılır və blitskriqə hazırlıq gedir.
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama
- Abşeronda əməliyyat: saxlanılan var - Video
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?