Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, təbrik məktubunda qeyd olunur:
"İcazə verin, Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi ünvanlayım.
Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.
Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi.
Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama
- Abşeronda əməliyyat: saxlanılan var - Video
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?