Gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
O, 28 May- Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib: "Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ortaq ikitərəfli prioritetlərimizi inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk. 31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək. Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm.
Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", - təbrikdə bildirilib.
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama
- Abşeronda əməliyyat: saxlanılan var - Video
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?