Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.
“Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”, - prezident qeyd edib.
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama
- Abşeronda əməliyyat: saxlanılan var - Video
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?