Ağ Ev və Respublikaçılar Partiyası dövlət borcunun tavanının artırılması barədə razılığa gələ biliblər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, yeni razılıq sayəsində ABŞ-ın dövlət borcunu daha rahat şəkildə artırmaq mümkün olacaq.
Artıq razılığı Respublikaçıların Konqresdəki nümayəndəsi sayılan spiker Kevin Makkarti də təsdiqləyib. O, Baydenin bu addımı atana qədər çox vaxt itirdiyini söyləyib.
Bayden yeni razılığın dəhşətli defoltun qarşısını alacağını bildirib. Prezident razılaşmanı “kompromis variant” adlandırıb və hər kəsin istədiyini aldığını qeyd edib.
“Röyter” borc tavanının iki il müddətinə artırılacağını yazıb. Lakin agentliyin mənbələri bildirib ki, tərəflər xüsusilə qeyri-hərbi sahə ilə bağlı xərcləri azaltmağa razılaşıblar.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu 31,2 trilyon dollara çatıb.
- Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi
- Sabah 1600 abonentin qazı kəsiləcək
- Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...
- Metroda son zamanlar baş verən texniki nasazlıqlar... - Açıqlama
- Abşeronda əməliyyat: saxlanılan var - Video
- Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
- Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır
- İrandan Azərbaycan sərhədi ilə neçə nəfər təxliyə edilib?