Əgər Rusiya bizə məhdudiyyət qoymasaydı, “İsgəndər” və ya “Skad” ilə Gəncə aerodromunu vura bilərdik.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Şüurlu Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İonnasiyan Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı açıqlamalarına münasibətdə deyib.
“Bu raketləri Ermənistana göndərən Rusiya elə onlardan istifadəyə məhdudiyyət qoyurdu. Əgər o bu məhdudiyyəti qoymasaydı, biz “İsgəndər”, ya da hədəfi daha az dəqiq nişan alan “Skad”la Gəncə aerodromunu dağıda bilərdik. Nəticədə hərbi hissəni hədəf aldıq. Yanlışlıqla hərbçilərin əvəzinə, mülki vətəndaşların olduğu binanı vurduq”, – deyə, o bildirib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan dindirilmə zamanı müharibədə istifadə hüququ Ermənistana aid olmayan silahların olduğunu bildirib. O, jurnalistlərin “Bu, “İsgəndər”dirmi?” sualına cavabında deyib ki, bu haqda qapalı dindirilmədə danışa bilər.
- DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
- Bir vəkil kollegiyadan xaric edildi, üçü cərimələndi
- Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO
- Azərbaycanda müğənni faciəvi şəkildə öldü
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi