İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı KİA markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı 1997-ci il təvəllüdlü Vüsal Məsim oğlu Mirzəlizadə və 1984-cü il təvəllüdlü Samirə Eldar qızı Ağaməmmədova xəsarət alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
- DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
- Bir vəkil kollegiyadan xaric edildi, üçü cərimələndi
- Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO
- Azərbaycanda müğənni faciəvi şəkildə öldü
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi