Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.
Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...
- İpoteka sisteminin təhlükəsizliyi: iki qurum məlumat yaydı
- “İmkanlar hər kəs üçün” layihəsinə start verildi
- “Bağırov” körpüsündə qəza: yük yola dağıldı - Video
- "AzerGold" xüsusi mükafata layiq görüldü
- Azərbaycanda bu qərar dəyişdi