Sabirabad, Hacıqabul və Zərdab rayonlarında Azərbaycan Polisinin 105 illiyi ilə əlaqədar təntənəli tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, yubiley tədbirlərinin əvvəlində polis əməkdaşları və qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Tədbirlərdə çıxış edən rəsmilər Azərbaycan Polisinin 105 illik çətin və məsuliyyətli fəaliyyəti barədə geniş məlumatlar verərək, polisin keçdiyi şanlı tarixi yola nəzər salıblar. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən məruzəçilər 105 illik yubiley münasibətilə polis əməkdaşlarını təbrik edib, peşə həyatlarında uğurlar arzulayıblar.
Tədbirlərin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...