İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr İslamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
"Qurani-Kərimi ləkələmək və İslam peyğəmbərini təhqir etmək islamofobiyanın yeganə təzahürləri deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir", - deyə İƏT rəhbəri İbrahim Taha bildirib.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü “Stokholm” məscidinin qarşısında İraq əsilli Salvan Momika polisin müşayiəti ilə Quranı ayaqlar altına ataraq, yandırmışdı.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...