Rusiya Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İyulun 2-də Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.
“Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğunu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb:
“Rusiyalı bəzi blogerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...