Sloveniyanın Potcetrtek şəhərində Yeniyetmə və Gənc Savatçılar arasında keçirilən Dünya Çempionatına yekun vurulub.
Azərbaycan Savat Federasiyasından BUTA.TV-a verilən məlumata görə, baş məşqçi Taleh Nağızadənin rəhbərliyi ilə çempionata qatılan savatçılarımız arasından yeniyetmə savatşı Məhəmməd Süleymanov (MOİK) (75kq) qızıl medal qazanıb.
Gənc savatçılarımız arasından isə Tamerlan Şahverdiyev(BAKI) (48kq) gümüş medala sahib olub.
Digər gənc savatçılarımız - Yasin İbrahimov (Gəncə) (52kq) və Ələkbər Xanməmmədov (Şuşa) (56kq) 1/5 finalda məğlub olublar.
Qeyd edək ki, Azərbaycan Savat Federasiyası yığmamızın qazandıqları medalları Azərbaycan Silahlı Qüvvələrinə həsr edib.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...