İran xarici işlər naziri Hüseyn-Əmir Abdullahian və onun müavini Reza Nəcəfinin Azərbaycan səfəri xüsusi hadisə deyil.
BUTA.TV xəbər verir ki, bunu Globalinfo.az-a politoloq Elxan Şahinoğlu İran xarici işlər naziri Hüseyn-Əmir Abdullahian və onun müavini Reza Nəcəfinin Azərbaycana səfərini şərh edərkən deyib
O bildirib ki, iranlı nümayəndələr Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak etmək üçün ölkəmizə səfər edir:
“Bundan xüsusi bir nəticə çıxartmaq çətindir. Çox təəssüf ki, İranın Azərbaycana yönəlik aqressiv siyasəti dəyişmir. Baxmayaraq ki, İran xarici işlər naziri azərbaycanlı həmkarı ilə tez-tez telefonla danışır, amma bu telefon danışığı münasibətlərin normallaşması üçün kifayət deyil.
İranda bütün bu məsələlərlə bağlı qərarı verən başqalarıdır. Onlar isə Azərbaycana düşmən kimi baxırlar, münasibətlərin normallaşmasını istəmirlər. İran hakimiyyəti düşünür ki, Azərbaycanın daxili işlərinə qarışa bilər. Amma bu düşüncə yalnız rəsmi Tehrana problem yaradır.
Mümkündür ki, Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirakdan sonra əlavə görüş keçirə bilər. Lakin bu görüş münasibətlərin normallaşması üçün kifayət deyil”.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...