Rusiya “Vaqner” yaraqlılarının təxminən 4 milyard dollar dəyəri olan Krım körpüsünə hücum planlaşdırmasından ehtiyat edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
Məlumata görə, ruslar həftə sonu intensiv yoxlamalar tətbiq ediblər:
“Vaqner”in narazı muzdlularının faktiki olaraq dağıdılmasından sonra onların hücum planlaşdıra biləcəyi qorxusuna görə Moskva yüksək hazırlıq vəziyyətindədir. Ruslar Krım körpüsünün “Vaqner” hücumunun obyektinə çevrilməsindən narahatdırlar”.
Nəşr qeyd edib ki, beynəlxalq kəşfiyyat birliyi “InformNapalm” da Krımda mümkün təxribat barədə xəbərdarlıq edib:
“Bir çox “Vaqner” döyüşçüsünün özəl muzdlu dəstənin ləğvindən narazı olduqları deyilir. Krım təkcə “Vaqner” üçün deyil, həm də Ukrayna üçün potensial hədəfə çevriləcək. Yarımada hazırda Böyük Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” raketlərinin əhatə dairəsindədir, lakin çimərliklərin xəndəklərə çevrilməsinə baxmayaraq, turistlər hələ də tətil üçün oraya axışırlar”.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...