Qorxulu heç nə yoxdur. Xırda təkanlar olacaq. Ancaq bu qədər güclü olmayacaq".
BUTA.TV xəbər verir ki, bunu News24.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
"Zəlzələ dənizdə baş verib. Yeraltı təkanlar Siyəzəndən şimal-şərqə doğru, Qubadan eyni istiqamətdə bütün sahil boyu yaşayış məntəqələrinin hamısında hiss olunub. 5-6 bal gücündə olub. Dərinliyi isə 65 kilometrə qədərdir. Bundan sonra qorxulu nəsə yoxdu. Xırda təkanlar ola bilər. Amma afterşoklar bu gücdə olmayacaq, daha zəif olacaq. Afterşoklar olmalıdır. Türkiyədə zəlzələ baş verən bölgələrdə xırda təkanlar hələ də davam edir", - Q.Yetirmişli qeyd edib.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...